«Bio Gold Tarım» Məhdud Məsuliyyətli Cəmiyyət 2000-ci ildən kənd təssərüfatı sektorunda çox sahəli fəaliyyətə başlamışdır. Əsas işi respublikaya bitki mühafizəsi preparatlarının, mikro və makro gübrələrinin, toxumların kənd təsərrüfatı təyinatlı məhsulların idxalı və satışı ilə məşğul olmuşdur. «Bio Gold Tarım» Məhdud Məsuliyyətli Cəmiyyət dünyanın bir çox ölkələrinin o, cümlədən Amerika, Çili, Belçika, Almaniya,Türkiyə, Hindistan və İspaniyanın aparıcı şirkətləri ilə əməkdaşlıq edir.2017 –ci ildən etibarən “Bio Gold Tarım” adı altında Respubilkada ilk şirkət olaraq, makro, mikro və orqanik gübrələrin istehsalına başlamışdır. İstehsal olunan gübrələr Azərbaycanın demək olarki, bütün regionlarında bir çox kənd təsərrüfatı bitkiləri üzərində sınaqdan keçrilmiş, məhsuldarlığda müsbət təsir göstərmiş və yüksək nəticə əldə olunmuşdur.Həmçinin istehsal olunan məhsullarımız qonşu ölkələrə o, cümlədən Rusiya, Ukrayna, Belarusya,Özbəkistan, Qazaxstan, Tacikistan, Türkmənistan, Qırğızıstan, Gürcüstan, İran İslam Respubilkasına sınaq üçün göndərilmiş və həmin ölkələrdən müsbət rəylər alınmışdır. Şirkətin əsas məqsədi Azərbaycan bazarına yerli keyfiyyətli, ekoloji təmiz və fermerlərin büdcəsinə uyğun, məhsul çıxarmaqdır.

Bio Gold

Tarım

Dio Group

Company

BioGoldTarim